Ukrayna ordusu Xersonda 12 ərazini azad etdi

Ukrayna ordusu Xersonda 12 ərazini azad etdi
Dünya 11 Noyabr 2022 09:49

Ukrayna ordusu Xerson vilayəti istiqamətində 12 yaşayış məntəqəsini azad edib.

 

Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilir ki, sözügedən ərazilər Dudçanı, Pyatixatki, Borozenskoe, Sadok, Bezvodnoe, İşenko, Kostromka, Krasnolyubeçk, Kalinovskoe, Bobrovıy Kut, Bezimyannoe və Blaqodatnoedir.

Məlumata görə, Xerson istiqamətində hücum əməliyyatları davam etdirilir.