Baydenin müşaviri Sullivan Kiyevə gizli səfər edib

Baydenin müşaviri Sullivan Kiyevə gizli səfər edib
Dünya 04 Noyabr 2022 21:25

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Kiyevə gizli səfər edib.

Sitat.info CNN-ə istinadən məlumat verir ki, Sullivan Ukraynanın paytaxtında prezident Vladimir Zelenski və digər yüksək vəzifəli rəsmilərlə görüşüb. 

Sallivanla birlikdə ABŞ Milli Təhlükəsizlik Şurasının spikeri Adrian Watson də Kiyevə səfər edib.
Sullivan Kiyevdə ilk dəfə təkmilləşdirilmiş T-72 tankları, həmçinin pilotsuz uçuş aparatları və təkmilləşdirilmiş yer-hava raketlərindən ibarət əlavə yardım paketini  elan edib.

O, həmçinin ABŞ-ın Ukraynaya iqtisadi və humanitar yardımı davam etdirəcəyini deyib.

Nərgiz,

SİTAT.İNFO