“ABŞ Ukraynada elektrik şəbəkəsini qurmaq üçün variantlar araşdırır” - Ağ Ev

“ABŞ Ukraynada elektrik şəbəkəsini qurmaq üçün variantlar araşdırır” - Ağ Ev
Dünya 04 Noyabr 2022 21:23

“ABŞ Ukraynaya elektrik şəbəkələrini yenidən qurulmaqda kömək etmək üçün çalışır”.

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Ev rəsmisi bildirib.

Məlumata əsasən, ABŞ Ukraynaya enerji sistemlərinin bərpasında, o cümlədən ehtiyat hissələri, yanacaq təminatında yardım etmək variantlarını araşdırır.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna zərbəsindən sonra 1 milyondan çox abonentin elektriki kəsilib.