Taxıl dəhlizinin fəaliyyəti tam bərpa olundu

Taxıl dəhlizinin fəaliyyəti tam bərpa olundu
Dünya 02 Noyabr 2022 14:46

Ukrayna limanlarından humanitar dəhliz vasitəsilə taxılın daşınması bərpa olunub.

Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, taxıl daşınması bu gün Bakı vaxtı ilə 13:00-da bərpa olunub.

Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan edib.