Ukraynanın enerji infrastrukturunu məhv etmək Putinin ideyasıdır - Podolyak

Ukraynanın enerji infrastrukturunu məhv etmək Putinin ideyasıdır - Podolyak
Dünya 02 Noyabr 2022 12:51

Ukraynanın enerji infrastrukturunun məhv edilməsi ideyası Rusiya Federasiyasının bütün siyasi elitasının məqsədidir.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak informasiya telemarafonunun efirində deyib.

“Ukraynanın enerji hidrotexniki infrastrukturunun məhv edilməsi ideyası təkcə cənab Kiriyenkonun (Rusiya Federasiyası Prezidenti Administrasiyasının müavini – red) deyil, Rusiya Federasiyasının bütün siyasi elitasının, o cümlədən Putinin ideyasıdır. Yəni, onların hamısı bu gün Ukraynanı hərbi yolla məğlub edə bilməyəcəyi barədə konsensusa malikdirlər, ona görə də Ukrannanı soyqırım şəklində məhv etməyi, Ukrayna sakinlərinə maksimum ziyan  böyük ziyan vurmağı planlaşdırırlar və bunun üçün enerji infrastrukturunu məhv etməyi düşünürlər”, - Podolyak vurğulayıb.

Nərgiz,

SİTAT.İNFO