Məşhur rok qrupu İrandakı etirazlara dəstək verdi

Məşhur rok qrupu İrandakı etirazlara dəstək verdi
Dünya 01 Noyabr 2022 19:27

Dünyaca məşhur ingilis rok qrupu "Coldplay" İranda baş verən etiraz aksiyalarına dəstək verib.

Sitat.info xəbər verir ki, Britaniyanın "Coldplay" rok qrupu Buanes-Ayresdəki konsertində İrandakı etirazların simvolu olan "Baraye" mahnısını ifa edib.

Qrupun solisti Kris Martini səhnədə iranlı aktyor Gülşiftə Fərahani müşayiət edib.

Martin mahnını İrandakı etirazçılara dəstək üçün oxuduqlarını bildirib.