Bu dövlət Rusiya səfirliyinin nümayəndəsini ölkədən qovdu

Bu dövlət Rusiya səfirliyinin nümayəndəsini  ölkədən qovdu
Dünya 01 Noyabr 2022 08:59

Moldovanın Xarici İşlər Nazirliyi 2022-ci il oktyabrın 31-də ölkə ərazisinə Rusiya raketinin düşməsindən sonra Rusiya Federasiyasının Kişinyovdakı Səfirliyinin nümayəndəsini arzuolunmaz şəxs elan edib.

Sitat.info xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, o,Moldova ərazisini tərk etmək məcburiyyətində qalıb.

Ölkənin Xarici İşlər Nazirliyi əlavə edib ki, Rusiya səfiri Oleq Vasnetsov şöbənin baş idarəsinə çağırılıb.

Görüş zamanı Rusiya səfirinə bildirilib ki, Ukraynaya raket hücumları təhlükəli riskləri daha da şiddətləndirməyə davam edir. Bundan əlavə, Moldova vətəndaşları müharibənin nəticələrini getdikcə daha çox hiss edirlər.

Nazirlik həmçinin əlavə edib ki, Ukraynanın enerji infrastrukturuna hücumlar təkcə Ukrayna üçün deyil, həm də Moldovanın enerji təhlükəsizliyi üçün təhlükə yaradır.

Səid İsaoğlu,

Sitat.info