Moldova-Ukrayna sərhədində nə baş verir?

Moldova-Ukrayna sərhədində nə baş verir?
Dünya 31 Oktyabr 2022 14:54

Ukraynaya kütləvi raket hücumu nəticəsində Moldova-Ukrayna sərhədində 5 nəzarət-buraxılış məntəqəsinin (keçid məntəqəsi) fəaliyyəti dayandırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Moldovanın “NewsMaker” nəşri məlumat yayıb.

Bildirilib ki, 4 nəzarət-buraxılış məntəqəsi təhlükəsizlik, 1 keçid məntəqəsi isə Ukrayna tərəfdən elektrik enerjisinin kəsilməsi səbəbindən bağlanıb.

Moldova sərhədçiləri həmvətənlərini Ukraynaya səfərləri müvəqqəti təxirə salmağa çağırıb.