Rusiya raketinin qalıqları Moldovaya düşdü - Video

Rusiya raketinin qalıqları Moldovaya düşdü - Video
Dünya 31 Oktyabr 2022 14:39

Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Rusiyaya məxsus raket Moldovanın şimalına düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat verib.

“Bu gün səhər Ukraynaya məxsus zenit sistemi tərəfindən vurulan raket Moldovanın Ukrayna ilə sərhəddə yerləşən Naslavça şəhərinin şimal hissəsinə düşüb”, - məlumatda deyilir.

Tələfat haqqında məlumat yoxdur, lakin Naslavçda bir neçə evin pəncərələri sınıb.

/Axar.az