Avropada təbii qazın qiyməti düşüb

Avropada təbii qazın qiyməti düşüb
Dünya 31 Oktyabr 2022 12:42

Avropada təbii qaz, təxminən, 4 % ucuzlaşıb və onun qiyməti 1000 kubmetr üçün 1400 ABŞ dollarından aşağı düşüb.

Bu barədə Sitat.info Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri 1000 kubmetr üçün 1 433,3 ABŞ dolları təşkil edib.