11 il sonra yenidən ölkəyə rəhbərlik edəcək

11 il sonra yenidən ölkəyə rəhbərlik edəcək
Dünya 31 Oktyabr 2022 10:07

Braziliyanın keçmiş Prezidenti Luis İnasiu Lula da Silva ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, üçüncü dəfə prezident seçilən Lula da Silva seçkilərin ikinci turunda səslərin 50,9%-ni toplayıb.

Onun əsas rəqibi, ölkənin cari Prezidenti Jair Bolsonaru isə seçkilərdə 49,1% səs toplaya bilib.

Qeyd edək ki, 77 yaşlı Lula da Silva 2003-2011-ci illərdə ölkəyə rəhbərlik edib.