BMT Rusiyanın taxıl sazişindən çıxması ilə bağlı Kremllə əlaqə saxlayır

BMT Rusiyanın taxıl sazişindən çıxması ilə bağlı Kremllə əlaqə saxlayır
Dünya 29 Oktyabr 2022 22:04

Rusiyanın taxıl sazişində iştirakını dayandırmaq qərarı ilə bağlı BMT Kremllə əlaqə saxlayır.

Sitat.infoTASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, bütün tərəflərin mühüm humanitar təşəbbüs olan və bütün dünyada milyonlarla insanın ərzağa çıxışına müsbət təsir göstərən Qara dəniz taxıl təşəbbüsünü təhlükə altına sala biləcək istənilən hərəkətdən çəkinmələri vacibdir.