İranda işçilər qazdan zəhərləndi

İranda işçilər qazdan zəhərləndi
Dünya 20 Oktyabr 2022 15:07

İranın Urmiya şəhərində yerləşən zavodların birində 51 işçi qazdan zəhərlənib.

Sitat.info “ISNA” agentliyinə istinadən xəbər verir ki, işçilərin zəhərlənməsinə səbəb ammonyak sızması olub. 

Məlumata görə, zəhərlənən işçilərdən 4-ü hazırda xəstəxanadadır. Digərlərinin vəziyyəti isə sabit olduğundan evə buraxılıblar.