ABŞ strateji neft ehtiyatlarını satışa çıxarıb

ABŞ strateji neft ehtiyatlarını satışa çıxarıb
Dünya 19 Oktyabr 2022 22:18

ABŞ strateji neft ehtiyatlarının 15 milyon barelini satışa çıxarıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Enerji Departamentinin (DOE) məlumatında deyilir.

Müraciətlər oktyabrın 25-dək qəbul olunacaq.

Bildirilib ki, strateji neft ehtiyatları dekabr ayı ərzində alıcılara çatdırılacaq.