TƏCİLİ! Ərdoğan Zelenski ilə danışdı - Müharibəni sona çatdırmaq istəyir

TƏCİLİ! Ərdoğan Zelenski ilə danışdı - Müharibəni sona çatdırmaq istəyir
Dünya 19 Oktyabr 2022 19:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Musavat.com Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya İdarəsinə istinadən məlumat verir.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.

Türkiyə prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib.