Ukrayna HİMARS-la Enerqodarı vurdu

Ukrayna HİMARS-la Enerqodarı vurdu
Dünya 19 Oktyabr 2022 11:49

Ukrayna ordusu HİMARS sistemləri vasitəsilə Enerqodar şəhərinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Şəhər administrasiyasının binasına zərbələr endirilib. Bundan başqa, şəhərdəki mülki infrastruktur HİMARS-lar tərəfindən atəşə tutulub. Zərbələr nəticəsində şəhərin girişindəki körpü, “Luç” yarımstansiyası zədələnib”, - məlumatda qeyd olunub.

Zərbələr zamanı tələfatın olmadığı bildirilib.//Axar.az