Rusiyada qırıcı qəzası: ölənlərin sayı 13-ə çatdı

Rusiyada qırıcı qəzası: ölənlərin sayı 13-ə çatdı
Dünya 18 Oktyabr 2022 09:38

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində Su-34 qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.