Finlandiyadan Rusiyaya XƏBƏRDARLIQ

Finlandiyadan Rusiyaya XƏBƏRDARLIQ
Dünya 15 Oktyabr 2022 19:15

Finlandiya nüvə müharibəsi ilə bağlı Rusiyaya xəbərdarlıq edib.


Bu barədə ölkənin müdafiə naziri Antti Kaykkönen deyib.

O, Rusiyanın nüvə silahından istifadə ehtimalının çox olduğunu bildirib: “Rusiya bu addımı atsa, bu, ölkənin son səhvi olacaq”.

Nazirin sözlərinə görə, həm NATO-nun, həm də Avropa İttifaqının bu addıma reaksiyası sərt olacaq.

Kaykkönenin fikrincə, Qərbin həmrəy olmasına ehtiyac var: “Ukraynaya hər cür kömək göstərilməlidir".

Xatırladaq ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini deyib.