Kiyevdə həyəcan siqnalları dayanmır - Video

Kiyevdə həyəcan siqnalları dayanmır - Video
Dünya 10 Oktyabr 2022 19:56

Ukraynada müharibə davam edir.

Sitat.info xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, hazırda Kiyev vilayətində gərginlik davam edir.

“Demək olar ki, hər 15 dəqiqədən bir həyəcan siqnalları verilir. Paytaxt sakinlərinə zirzəmilərdən çıxmamaqla bağlı xəbərdarlıq olunub”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, hazırda vəziyyətlə əlaqədar bütün market və iaşə obyektləri fəaliyyətini dayandırıb.

Daha ətraflı süjetdə: