229-cu gündə bizi Yer üzündən tamamilə silməyə çalışırlar” - Zelenski

229-cu gündə bizi Yer üzündən tamamilə silməyə çalışırlar” - Zelenski
Dünya 10 Oktyabr 2022 11:29

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə məlumatı öz teleqram kanalında paylaşıb.

“Genişmiqyaslı müharibənin 229-cu günü. 229-cu gündə bizi məhv etməyə və Yer üzündən tamamilə silməyə çalışırlar. Təəssüflər olsun ki, ölən və yaralananlar var. Xahiş edirəm, sığınacaqları tərk etməyin. Özünüzü və sevdiklərinizi qoruyun”, - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini raket atəşinə tutub.