Ərdoğan: “Putin bizə təşəkkür etdi”

Ərdoğan: “Putin bizə təşəkkür etdi”
Dünya 07 Oktyabr 2022 17:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı ilə bağlı açıqlama verib.

Türkiyə lideri cümə namazından sonra jurnalistlərə açıqlamasında Putinin ona təşəkkür etdiyini bildirib:

“O, vasitəçiliyimizə görə xüsusi olaraq təşəkkür edərək, “Bu uğurlu vasitəçiliyə görə sizi təbrik edirəm” dedi”.

Eyni zamanda, Ərdoğan Qazaxıstanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI sammiti çərçivəsində Putinlə görüşəcəyini istisna etməyib./oxu.az