Fransa səfiri: "Azərbaycanla Ermənistanın parlamentlərarası dialoqunu görmək xoşdur”
“İrəvanda keçirilən Avropa İttifaqı, Azərbaycan, Ermənistanın parlamentlərarası dialoqunu görmək xoşdur”.
“SİTAT.İNFO” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.
Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər./report