Ukrayna ordusunun azərbaycanlı zabiti həlak olub

Ukrayna ordusunun azərbaycanlı zabiti həlak olub
Dünya 04 Oktyabr 2022 22:05

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti həlak olub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Krivoy Roq üzrə sədri Rəmzi Rzayevin "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, Ukrayna ordusunun kiçik leytenantı İbişov Nahid İmanxan oğludur.

Xerson vilayəti istiqamətində həlak olan zabit əslən Azərbaycanın Sabirabad rayonundandır.