Kabildəki partlayışda ölənlərin sayı artdı

Kabildəki partlayışda ölənlərin sayı artdı
Dünya 03 Oktyabr 2022 09:44

Sentyabrın 30-u Kabilin qərbində təhsil mərkəzində baş verən partlayışda həlak olanların sayı artıb. 

“Sitat.info” BMT-nin Əfqanıstana yardım Missiyasına istinadən xəbər verir ki, partlayış nəticəsində 43 nəfər ölüb, daha 83 nəfər isə yaralanıb. 

Məlumata görə, həlak olanların əksəriyyəti gənc qızlar və qadınlardır. 

Xatırladaq ki, daha əvvəl partlayışda 32 nəfərin öldüyü, daha 40 şəxsin isə yaralandığı bildirilirdi. Partlayışı kamikadze törədib.

/Qafqazinfo