Türkiyə ordusu 23 terrorçunu məhv etdi

Türkiyə ordusu 23 terrorçunu məhv etdi
Dünya 02 Oktyabr 2022 12:22

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi hava əməliyyatı nəticəsində PKK-nın 23 terrorçusu zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hava əməliyyatı İraqın 140 km dərinliyində baş tutub. Məlumata görə, zərərsizləşdirilən terrorçuların sayının artması gözlənilir.

 

/Axar.az