Kütləvi etirazlar İranın daha bir şəhərinə yayıldı

Kütləvi etirazlar İranın daha bir şəhərinə yayıldı
Dünya 24 Sentyabr 2022 20:35

İranda etiraz nümayişləri ölkənin daha bir şəhərinə yayılıb.Sitat.info xəbər verir ki ,ümumxalq nümayişlərinin 8-ci günündə Mazandaran əyalətinin Amol şəhər sakinləri küçələrə axışıblar.

Qəzəbli kütlə “Vuruşarıq, ölərik, İranı geri alarıq” şüarları səsləndirib.

Nümayişçilər onları meydanlardan uzaqlaşdırmağa çalışan təhlükəsizlik qüvvələrini daşa basıb və dəyənəklərlə qovub.