İrandakı aksiyalarda ölənlərin sayı artdı

İrandakı aksiyalarda ölənlərin sayı artdı
Dünya 24 Sentyabr 2022 12:33

İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 35-ə yüksəlib.

Sitat.info xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilir.