İran yeni ballistik raketi “Rezvan”i təqdim edib
İran bu gün səhər Tehranda keçirilən hərbi paradda “Rezvan” adlı yeni ballistik raketini nümayiş etdirib.
Bildirilib ki, yüksək partlayıcı döyüş başlığına malik olan “Rezvan” ballistik raketi mazutla işləyir və 1400 kilometr mənzilə malikdir.
Hərbi paradda “Rezvan” ballistik raketindən əlavə, daha əvvəl təqdim edilmiş 1450 kilometr mənzilli “Xeybər” ballistik raketi də ilk dəfə nümayiş etdirilib.
Nərgiz,
SİTAT.İNFO