Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçiriləcək

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçiriləcək
Dünya 21 Sentyabr 2022 13:38

Bu gün Rusiyada qismən səfərbərlik elan edilməsinə qarşı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. 

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “Vesna” hərəkatı öz rəsmi tviter hesabında paylaşıb. 

Aksiyanın yerli vaxtla 19:00-da Rusiyanın bütün şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə qismən səfərbərlik elan edib.