“Putin müharibənin tezliklə başa çatmasını istəyir”

“Putin müharibənin tezliklə başa çatmasını istəyir”
Dünya 20 Sentyabr 2022 10:37

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni mümkün qədər tez bir zamanda başa çatdırmaq niyyətindədir”. 

“Sitat.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “PBS” telekanalına verdiyi müsahibəsində deyib.

Türkiyə lideri Ukraynadakı müharibənin nə zaman başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib: “İlk növbədə Rusiyanın mövqeyi çox vacibdir. Özbəkistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və onunla ətraflı danışıqlar apardıq. Rusiya lideri münaqişəni mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyini ifadə etdi”.

 

/Qafqazinfo