Rusiya Ukraynaya 400 min əsgər göndərə bilər

Rusiya Ukraynaya 400 min əsgər göndərə bilər
Dünya 12 Sentyabr 2022 08:43

Rusiya daha 300-400 min şəxsi müharibəyə cəlb edə bilər.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan polkovniki, hərbi əks-kəşfiyyat üzrə ekspert Mixail Pritula deyib.

"Onlar Putinin dövründə böyüyüb zombiləşiblər. Müharibəyə göndəriləcək bu şəxslərin yalnız 2-3%-i düşünə bilir", - o bildirib.

Qeyd edək ki, Ukrayna rəhbərliyinin verdiyi məlumata görə, bugünədək ümumilikdə 53 minə yaxın rusiyalı əsgər müharibədə öldürülüb.

/Axar.az