Kraliçanın ölümünə görə Premyer Liqa oyunları təxirə saldı
Premyer Liqa, Kraliça II Elizabethin ölümü ilə əlaqədar bu həftəsonu keçiriləcək matçların təxirə salıb.
Premyer Liqanın rəsmisi Riçard Masters deyib ki, onun ölkəsinə uzunmüddətli və sarsılmaz xidməti etiraf edilməlidir. Onun ölümü təkcə ingilislər üçün deyil, həm də bütün dünyada ona pərəstiş edən milyonlarla insan üçün kədərlidir. Biz onun vəfatı ilə bağlı yas tutanların yanındayıq. Premyer Liqanın oyunları haqqında daha çox məlumat matəm dövründə paylaşılacaq".