Rus qazının dayandırılması Avropanı çökdürəcək - Gilberti

Rus qazının dayandırılması Avropanı çökdürəcək - Gilberti
Dünya 07 Sentyabr 2022 10:23

Rusiyadan qaz tədarükünün dayandırılması Avropa və ABŞ-dakı istehlakçıları şikəst edəcək.

Sitat.info xəbər verir ki, bu sözləri “Forbes”in yazarı Sal Gilberti deyib.

“ABŞ enerji baxımından Rusiyadan asılı deyil, lakin Avropada yanacağın yüksək qiymətləri eyni vaxtda ABŞ-da da onun maya dəyərinin artmasına səbəb olacaq. Bundan əlavə, qışda Rusiya tədarükünün dayandırılması Avropa iqtisadiyyatını çökdürəcək. Bu, ABŞ-dakı istehlakçılara da öz təsirini göstərəcək, çünki təbii qazın qiyməti artıq 95% artıb”, - Gilberti bildirib.

/Axar.az