İran Rusiyanı PUA ilə təmin edib - ABŞ-dan iddia

İran Rusiyanı PUA ilə təmin edib - ABŞ-dan iddia
Dünya 31 Avqust 2022 08:30

ABŞ administrasiyası İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyini iddia edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Rusiya avqust ayında İrandan Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarını (PUA) alıb. Rusiya nəqliyyat təyyarələri İran aerodromunda PUA avadanlığı ilə yüklənib, daha sonra İrandan uçublar. Biz bunu görürük”, -  Ağ Evin mətbuat katibi Karin Jan-Pier bildirib.