Ukrayna HİMARS-ların sayını açıqladı

Ukrayna HİMARS-ların sayını açıqladı
Dünya 26 Avqust 2022 18:10

Hazırda Ukrayna ordusunun arsenalında 20-dən çox reaktiv yaylım atəş sistemi var.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“20-dən çox HİMARS, M270 və MARS var. Hamısı da yerindədir. Bu sistemlərin işlədiyi müddət ərzində işğalçıların silah və sursatlarının saxlanıldığı əlli anbar məhv edilib”, - məlumatda bildirilib.

/Axar.az