Ukraynada qatar stansiyası raketlə vurulub - 22 nəfər həlak olub

Ukraynada qatar stansiyası raketlə vurulub - 22 nəfər həlak olub
Dünya 25 Avqust 2022 09:59

Ukraynanın Dnepropetrovsk vilayətinin Çaplino qəsəbəsinin qatar stansiyasının raket atəşinə tutulması nəticəsində azı 22 nəfər həlak olub, 50 nəfərə yaxın insan xəsarət alıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb.

Prezidentin məlumatına görə, həlak olanlardan 5-i öz avtomobilində yanıb. Bir nəfər isə 11 yaşlı yeniyetmədir.

Dəmiryol stansiyasında axtarış-xilasetmə işləri davam etdirilir.

/Azərtac