Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi

Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
Dünya 22 Avqust 2022 21:03

Ryazan vilayətinin hakimiyyəti meşə yanğınları ilə əlaqədar bölgədə fövqəladə rejim tətbiq etmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Pavel Malkov “Telegram” kanalında məlumat verib.

“Sakinləri və əraziləri qorumaq üçün əlavə tədbirlər görmək üçün Ryazan vilayətində fövqəladə rejim tətbiq etmək qərarına gəldim”, - Malkov qeyd edib.

/Manset.az