Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb
Dünya 18 Avqust 2022 16:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb.

SİTAT.İNFO xəbər verir ki, görüş Lvovdakı Potoçki sarayında keçirilir.

İkitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Görüşlərdə Ukraynadakı durum, o cümlədən taxıl ixracı prosesinin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.