Mühüm görüş: Ərdoğan Ukraynaya gedir

Mühüm görüş: Ərdoğan Ukraynaya gedir
Dünya 16 Avqust 2022 21:25

Cümə axşamı BMT Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna dövlət rəhbəri Vladimir Zelenski arasında Lvov şəhərində üçtərəfli görüş baş tutacaq.

Sitat.info xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O bildirib ki, növbəti gün Quterreş Odessaya – taxıl daşınmasında iştirak edən dəniz limanlarından birinə baş çəkəcək.

/Axar.az