Suriyadan Türkiyə ərazisinə raketlər atılıb - VİDEO

Suriyadan Türkiyə ərazisinə raketlər atılıb - VİDEO
Dünya 16 Avqust 2022 15:01

Ümumilikdə əraziyə altı raket atılıb, ancaq onlar boş sahəyə düşüb.

Bununla belə, yerli hökumət nümayəndələri sakinlərə küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər.

Hücuma Türkiyə Silahlı Qüvvələri tərəfindən dərhal cavab verilib.

Qaziantep valisi Davud Gül baş verənlərlə bağlı sosial media hesabından açıqlama verərək ölən və yaralanın olmadığını vurğulayıb.