Ukraynadan ruslara zərbə: 25 hərbçi məhv edildi

Ukraynadan ruslara zərbə: 25 hərbçi məhv edildi
Dünya 14 Avqust 2022 13:03

Ukrayna ordusunun 14-cü əlahiddə mexanikləşdirilmiş briqadası Donbas istiqamətində rus hərbi birləşmələrinə güclü zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə briqadanın Feysbuk səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, əməliyyat nəticəsində rusların 25 hərbçisi və 3 PDM-i məhv edilib.

Əməliyyat zamanı Ukrayna ordusunun dronlardan da istifadə etdiyi bildirilib.