Kadırov Ukraynaya 9 min döyüşçü göndərir

Kadırov Ukraynaya 9 min döyüşçü göndərir
Dünya 10 Avqust 2022 15:04

Çeçenistan 9 min döyüşçü Ukrayna ərazisinə göndərilməyə hazırdır.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Hazırda Çeçenistandan 9000 yaxşı təlim keçmiş döyüşçü Ukraynaya göndərilməyə hazırdır. Daha 10 min əsgər ehtiyatdadır və vaxtını gözləyir. Onlar Ukraynada faşistlər tam məğlubiyyətə uğrayana qədər istənilən işi görməyə hazırdırlar”, - Kadırov bildirib.