Nikol “Qarabağ Azərbaycandır!” dedi: Rusiyadan reaksiya...

Nikol “Qarabağ Azərbaycandır!” dedi: Rusiyadan reaksiya...
Dünya 24 May 2023 15:28

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı sözlərinə münasibət bildirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova məlumat verib.

"Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı bəyanatını onun 2022-ci ildəki mövqeyinin təsdiqi olaraq nəzərdən keçirir", - Zaxarova deyib.

Qeyd edək ki, N.Paşinyan son bir ayda artıq üçüncü dəfə “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatı ilə bu və digər şəkildə "Qarabağ Azərbaycandır!" deyib.