Belqorodda antiterror rejimi ləğv edildi

Belqorodda antiterror rejimi ləğv edildi
Dünya 23 May 2023 19:10

Rusiyanın Belqorod vilayətində antiterror əməliyyatı rejimi ləğv edilib.

Sitat.info xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov deyib.

Qeyd edək ki, ötən gün Ukrayna ordusunun Belqoroda daxil olduğu və sərhəd postunu ələ keçirdiyi, ardınca Rusiya Könüllülər Korpusunun döyüşçülərinin ələ keçirilən məntəqələri azad etməsi barədə görüntü və məlumat yayılmışdı.