Ağcabədi sakinlərində silah aşkarlanıb

Ağcabədi sakinlərində silah aşkarlanıb
HADİSƏ 03 Avqust 2022 10:20

Ağcabədi sakinlərində silah aşkarlanıb.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri - E.Abbasov və E.Abdulazimovdan müvafiq sənədləri olmayan ov silahları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.