Çavuşoğlu Quterreşlə görüşüb

Çavuşoğlu Quterreşlə görüşüb
SİYASƏT 22 İyul 2022 18:32

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibi Antoni Quterreş ilə görüşüb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı  bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynadakı son vəziyyət, Suriya və Liviya müzakirə olunub.

Xatırladaq ki, Ukrayna və Rusiyanın imzalayacağı taxıl ixracına dair sazişlə əlaqədar BMT Baş katibi İstanbula gəlib.