Suriya ordusu Türkiyə sərhədinə yeridildi - Foto

Suriya ordusu Türkiyə sərhədinə yeridildi - Foto
Dünya 22 İyul 2022 15:37

Suriya ordusu Türkiyə sərhədinə yaxın bölgələrə yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Agentlik sərhədə yerləşdirilən hərbçilərin fotolarını da paylaşıb.

Suriya ordusunun Əli əl-Nəsr adlı zabiti “Assoşeyted Press” agentliyinə verdiyi açıqlamasında Fərat çayının şərqinə, Türkiyə sərhədinə yaxın əraziyə yerləşdirildiklərini bildirib.

Bundan başqa, Əsəd ordusunun olduğu ərazilərdə Rusiyanın hərbi helikopterləri patrul xidməti aparıb.

/Axar.az