Son sutkada koronavirusdan 4 nəfər ölüb

Son sutkada koronavirusdan 4 nəfər ölüb
Gündəm 19 İyul 2022 16:55

Son sutkada Azərbaycanda koronavirusdan 4 nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sitat.info"ya verilən məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfər vəfat edib.