Həkim qarpızın sağlamlıq üçün zərərlərini açıqladı

Həkim qarpızın sağlamlıq üçün zərərlərini açıqladı
SOSİAL 10 İyul 2022 12:06

Qastroenteroloq Yana Prudnikova qarpızın yetişdirilməsində istifadə olunan maddələrin orqanizmə zərər verə biləcəyini bildirib. 

O bildirib ki, söhbət azot, pestisidlər və nitratlardan gedir.

“Bu maddələr insan orqanizmində qaraciyər və böyrəklərdə ağır metalların toplanmasına kömək edən nitrit birləşmələrinə çevrilir”, - deyə həkim bildirib.

Bundan əlavə, qarpızda yüksək dozada kalium var və onun səviyyəsini aşmaq ürəyə pis təsir edir, ürək ritminin pozulmasına səbəb olur./Ölkə.az