Bakıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çarpayıdan düşərək iməkləyiblər” - VİDEO

Bakıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çarpayıdan düşərək iməkləyiblər” - VİDEO
HADİSƏ 29 İyun 2022 18:04

Bu gün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi nəticəsində bir ailənin yeddi üzvü xəsarət alıb.

Baku TV yanğının baş verdiyi evdə olub.

Şahidlərin sözlərinə görə, körpələr yanğın zamanı çarpayıdan düşərək iməkləyiblər.

Tavandan düşən parçalardan aldığı xəsarət isə körpələrdən birinin ölümünə səbəb olub.

Ətraflı süjeti təqdim edirik: